Milli Məclisin payız sessiyasında təhsilin bütün pillələrini özündə əks etdirən qanunlar qəbul ediləcək
Milli Məclisin payız sessiyasında \"Elm haqqında\" qunun layihəsinin qəbul olunması gözlənilir. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.
Millət vəkili bildirib ki, qanun layihəsi birinci oxunuşda başa çatıb. Sentyabrın axırı, oktyabrın əvvəllərində isə qanin layihəsi Komitənin iclasında müzakirəyə çıxarılacaq. Sonra isə Milli Məclisin seminar iclasında bu qanun layihəsi tövsiyyə olunacaq. Azərbaycan da ilk dəfədir ki, elm haqqında qanun layihəsi hazırlanır. Qanunda dünya təcrübəsindən, təhsil qanunundan bəzi müddəalar, elmin inkişaf strategiyası nəzərə alınıb. Məqsəd isə elmin səmərəliliyini yüksəltmək, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edən qanun qəbul edilməsidir. Azərbaycanda da orta təhsil haqqında qanun layihəsi hazırlanır. Bu işə hələ başlanılmayıb. Ali təhsil haqqında qanun müzakirəyə çıxarılan kimi bu işlər sürətləndiriləcək. Nəzərda tutulub ki, Milli Məclisin cari ildə keçiriləcək iclaslarında təhsilin bütün pillələrini özündə əks etdirən qanunlar hazırlansın və qəbul olunsun. Bu proseslər də zamanla öz həllini tapacaq.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB