Praktik tibb və əczaçılıq üzrə sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, avqustun 24-də nefrologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 92 həkim imtahan verib. İmtahanlarda iştirak edən həkimlərdən 86 (94%) nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları ftiziatriya və pediatriya ixtisasları üzrə 07.09.2011-ci il tarixində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB