Bu il şagirdlər iş dəftərlərini pulsuz əldə edə biləcəklərmi?

Bu il şagirdlər iş dəftərlərini pulsuz əldə edə biləcəklərmi?

"Növbəti tədris ili üçün 4-cü sinif dərslikləri yenidir və kurrikulum əsasında hazırlanıb. II sinif üçün 2 dərslik-riyaziyyat və Azərbaycan dili dərslikləri, VII, VIII, IX, X və XI siniflər üçün bir sıra fənlər üzrə dərsliklər yenilənib". Bu barədə SİA-ya Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. Onun sözlərinə görə, növbəti tədris ili üçün ümumilikdə 103 adda dərsliklər nəzərdə tutulub ki, onlardan da 94-ü artıq hazırdır. Qalan xarici dillər-alman və fransız dilləri ilə bağlı təklifin hələ ki daxil olmadığını deyən F.Şahbazlı bildirib ki, IV sinif və yuxarı siniflərdə də artıq daxil olub. O qeyd edib ki, onlar da sentyabr ayına kimi başa çatdırılacaq.

Şöbə müdiri hər il dərs başlanmasından sonra iş dəftərləri ilə bağlı yaranan problemlərə münasibət bildirib. O bildirib ki, müəllim üçün vəsaitlərdə bir problem yoxdur, çünki həmin vəsaitlər dövlət hesabına verilir: "Kurrikulum əsasında hazırlanan dərslik komponentləri eyni zamanda, özündə müəllim üçün metodik vəsaitləri də əks etdirir, yəni buraya daxildir. Həm dərslik, həm də müəllim üçün metodik vəsait pulsuz verilir. Amma iş dəftərini təbii ki, valideynlər alırlar. Bu il də onların pulsuz verilməsi nəzərdə tutulmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə