Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib
2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlər üçün elektron ərizələrin qəbulu üçün ayrılan vaxt iyulun 15-i axşam saat 18:00-da başa çatıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun SİA-ya verdiyi xəbərə görə, iyulun 1-dən 15-dək müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib.
Onun sözlərinə görə, 2177 vakant yerin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonların payına düşür. F.Qədirov vurğulayıb ki, elektron ərizə verən 9342 müəllimin 1834-ü ibtidai sinif, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 440-ı informatika, 506-sı fizika, 338-i kimya, 436-sı biologiya, 761-i tarix, 408-i coğrafiya, 1610-u ingilis dili, 307-si fiziki tərbiyə, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 137-si əmək hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları üzrədir. Bütün ixtisaslar üzrə ərizə verənlərin 70 %-dən çoxunun Bakı şəhərində olan vakantyerləri seçdiklərini deyən şöbə müdiri qeyd edib ki, vakant yerlərə ərizə verən müəllimlər üçün avqustun 1-dən müsabiqələrin keçirilməsinə başlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB