Orta məktəblərin 700-ə yaxın ən istedadlı şagirləri bir araya toplanacaq-YENİLİK
"İyunun 30-da Bakı şəhər Təhsil İdarəsinin Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq orta məktəb məzunlarının kütləvi şəkildə buraxılış gecəsini keçirəcək. Bu tədbir idarənin bu il qeyd olunacaq 5 illik yubileyinə həsr olunan silsilə tədbirlərdən biridir". Bu barədə SİA-ya açıqlamasında BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, Buta Palace-də baş tutacaq tədbirdə paytaxt məktəblərinin ən nümunəvi şagirdləri toplanacaq. 700-ə yaxın ən qabiliyyətli, istedadlı uşaqların burada iştirak edəcəyini deyən Z.Əliqızı vurğulayıb ki, tədbir iyunun 30-u saat 18:00-da başlayacaq.
"İlk hissə rəsmi hissədən ibarət olacaq. Sonra bizim tabeçiliyimizdə olan məktəbdənkənar təhsil müəssisələrinin yetirmələrinin çıxışları, konserti olacaq. Həmin çıxışlar arasında 11-ci siniflərin istedadlı şagirdləri də öz bacarıqlarını nümayiş etdirəcək. Sonra isə tədbir şagirdlər üçün təşkil olunan diskoteka ilə davam etdiriləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB