Öldürücü virus 12 ölkəyə yayılıb

Öldürücü virus 12 ölkəyə yayılıb

Almaniyada naməlum virusdan ölənlərin sayı hər keçən gün daha da artır. SİA-nın məlumatına görə, ölkədə aşkar edilən EHEC virusu 20 nəfərin ölümünə səbəb olub. Avropaya yayılan öldürücü virus artıq ABŞ-da da tapılıb.

İsveçdə də 1 nəfərin ölümünə səbəb olan virusun daha əvvəldən də aşkar edildiyi lakin ciddi qəbul olunmadığı bildirilib.

Səhiyyə Nazirliyinin sözçüsü Holger Eichele tərəvəzdən istifadə edən xalqa ciddi xəbərdarlıq edib. Nümayəndə virusun təhlükəli olduğunu və əsasən tərəvəzlərdən yoluxduğunu diqqətə çatdırıb: \"Hər nə qədər EHEC virusunu fərqli tərəfdən araşdırsalar da, virus əsasən xiyar, pomidor, kahı kimi tərəvəzlərdə olur. Buna görə də, əhali tərəvəzdən istifadəni bir müddət dayandırmalıdır. Müxtəlif qaynaqlar tərəvəzlərin isti suda yuyulmasının və ya sirkəli suda saxlanılmasının virusu məhv etdiyini desələr də bu çarə deyil. Bu üsullarla virusu yox etmək, ya da təhlükəni azaltmaq qeyri-mümkündür\".

Qeyd edək ki, Rusiyada virusun qaynağının meyvə, tərəvəzlərlə əlaqəsi olmadığı xəbərlərinə baxmayaraq, ölkəyə Avropadan əkinçilik məhsullarının idxal edilməsi qadağan edilib. Rusiyanın baş naziri Vladimir Putin məsələ ilə bağlı açıqlamasında virusun ölümcül olduğunu, xalqı belə bir təhlükə ilə üz-üzə qoymağın düzgün olmadığını qeyd edib: \"Avropada yetişdirilən xiyarları yeyənlər ölür. Həqiqətən də bu tərəvəzlərin çox pis qoxusu var\".

Bütün xəbərlər Facebook səhifəmizdə