Qubada keçirilən IV beynəlxalq elmi konfransının gündəliyi “Yaşıl dünya naminəyaşıl təhsil” prinsiplərini özündə ehtiva edir
Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında açılışı keçirilən “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans işini müvəffəqiyyətlə başa vurub.
Rəsmi şəxslər, görkəmli alimlər, şəhid ailələri və qazilər, yerli ictimaiyyətin tanınmış simaları, KİV və QHT təmsilçiləri konfransa qatılıblar.
Öncə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” IV Beynəlxalq elmi konfransının açılışı münasibətilə Quba rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru professor UlanbekMambetakunov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, həmçinin hüquq mühafizə orqanlarının rəhbərləri və digər iştirakçılar ümummilli lider Heydər Əliyevin Qubadakı abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiram göstəriblər.
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ!
Konfrans başlamazdan əvvəl ADPU-nun Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi, Tabor komandirinin müavini, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə qəhrəman döyüşçünün adına təsis edilən auditoriyanın açılış mərasimi olub.
Açılışda şəhid kapitanın ailə üzvləri və doğmaları, həmçinin atası NiyazMəlikov, qəhrəmanın həyat yoldaşı Günel Məlikova, şəhid ailələri və qazilər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru professor UlanbekMambetakunov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, yerli hüquq mühafizə orqanları rəhbərləri, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və müəllim-tələbə heyəti iştirak ediblər.
Professor Cəfər Cəfərov, millət vəkili Əlibala Məhərrəmzadə, şəhid MiqdadAbduləlimovun anası Tünzalə Abduləlimova və dosent Yusif Alıyev çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Zəfərin xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə düşdüyünü ifadə ediblər. Diqqətə çatdırılıb ki, şəhid və qazilərimizin qəhrəmanlığı ilə qazanılan bu qələbə tarix boyu əcdadlarımızın arzuladığı milli birlik fəlsəfəsinin təntənəsidir.
Şəhid kapitan Aqil Məlikovun müəllimi olduğunu xatırladan qabaqcıl təhsil işçisi Rahib Sədullayev igid döyüşçünün yüksək keyfiyyətlərindən, hər zaman ətrafındakı insanların sevimlisi olmasından danışıb.
Oğlunun vətən və dövlət qarşısındakı xidmətlərinə verilən dəyərə görə minnətdarlığını ifadə edən şəhid kapitanın atası NiyazMəlikov qəhrəman övladının adının əbədiləşdirilməsinin gənc nəslin təlim-tərbiyəsi işində əhəmiyyətli hadisə olduğunu bildirdi.
Konfrans çərçivəsində həmçinin şəhid valideyinlərin iştirakı ilə filialdakı Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyasında görüş baş tutub. Görüşdə rektor Cəfər Cəfərov, deputat Əlibala Məhərrəmzadə, dosent Yusif Alıyevxalqımızın qəhrəman şəhid və qazı övladları barədə ürək sözlərini bölüşüblər.
Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev qəhrəman övladının vətənimizin bütövlüyü yolunda göstərdiyi şücaətinə və igidliyinə göstərilən ehtirama və el məhəbbətində görə dərin minnətdarlığını bildirib.
“YAŞIL DÜNYA NAMİNƏ YAŞIL TƏHSİL” PRİNSİPLƏRİNİN TARİXİ ƏHƏMİYYƏTİ
Ümumilikdə Türkiyənin, Almaniyanın, Özbəkistanın, Qırğızıstanın, Rusiyanın və Pakistan başda olmaqla xarici ölkələrdən dünya şöhrətli universitetlərin birgə təşkilatçılığı ilə baş tutan rəsmi hissə, bədii proqram və üç paneldən ibarət olan, iki gün davam edən IV beynəlxalq elmi konfrans çox sayda yerli və xarici təhsil müəssisələrinin mütəxəssis və alimlərinin iştirakı ilə həyata keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rəsmi açılış mərasimində ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev,ADPU-nunrektoru professor Cəfər Cəfərov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Bişkek Musiqi Pedaqoji İnstitutunun (Qırğızıstan) professoru UlanbekMambetakunov, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov,Erlangen-Nürnberq Universitetinin (FAU) Professoru Yaşar Musayev (Almaniya), QarsKafkas Universitetinin rektoru professor Hüsnü Kapu (Türkiyə), Cizzak Dövlət Pedaqoji Universitetinin rektoru professor ŞavkatŞaripov (Özbəkistan), Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru dosent Firuza İkramxanova (Özbəkistan), Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialının (Rusiya Federasiyası) dosenti Marina Çotçayeva, Pəncab Universitetinin (Pakistan) professoru Safdar Ali Şirazi və başqaları iştirak ediblər.
Məlumat verilib ki, konfransa ümumilikdə 74 məqalə təqdim olunub. Onlardan 54-ü Təşkilat Komitəsinin redaksiya heyəti tərəfindən təsdiqlənib. Məqalələrin qəbulu 2024-cü il noyabrın 12-dək davam edəcək. Məqalələrdə qlobal məkanda aktual olan beynəlxalq problemlərə toxunulur. Redaksiya heyəti tərəfindən təsdiqlənən elmi məqalələrin toplu şəkilində nəşr edilməsi nəzərdə tutulur.
Bildirilib ki, konfransa dəstək verən tərəflər təşkilati prosesdə gündəlikdə olan mövzuya xüsusi həssaslıqla yanaşdıqlarını ifadə ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq tədbirinə böyük səylə ev sahibliyinə hazırlaşan Azərbaycan bu istiqamətdə ölkənin elm və təhsil ictimaiyyəti qarşısında da təxirəsalınmaz vəzifələr qoymuşdur. Başqa sözlə, Azərbaycan dövlətinin məqsədyönlü COP29 siyasətinin ölkənin elm və təhsil ictimaiyyəti qarşısında qoyduğu vəzifələr Azərbaycan Dövlət Pedaqoji Universitetinin ADPU Quba filialının kollektivi tərəfindən də yüksək məsuliyyətlə qəbul olunur və prosesə xüsusi elmi-pedaqoji həssaslıqla yanaşılır. Məhz bu baxımdan da “Yaşıl dünya naminə yaşıl təhsil” ADPU-nun Quba filialının gündəlik fəaliyyətində vacib çağırışdır.
Ümumilikdə konfransın təşkilinə 7 ölkədən 12 reytinqli ali məktəb dəstək verib.
ALİMLƏRİN ORTAQ MÖVQEYİ: YAŞIL DÜNYANI QORUMAQ ÜÇÜN YAŞIL TƏHSİLİN TƏSİSATI ƏVƏZOLUNMAZDIR
Açılış mərasimindəki çıxışında Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” IV Beynəlxalq elmi konfransının bütün iştirakçılarına, o cümlədən tədbiri dəstəkləyən bütün tərəflərə sonsuz minnətdarlığını çatdıran Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Yusif Alıyev diqqətə çatdırıb ki, keçirilən beynəlxalq elmi konfransın əsas məqsədi təhsilin inkişafı naminə alim və mütəxəssislərin elmi-tədqiqatçılıq bacarıqlarının regionlarda inkişafı, yaşıl təhsil, ekoloji təhsil üzrə qabaqcıl təcrübənin öyrənilməsi, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyanıngücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə beynəlxalq müstəvidə pedaqoji istiqamətdə çalışan alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirməkdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi, pedaqoji heyət göstərilən bu etimada görə, hər birinizə minnətdardır. Əminliklə deyə bilərəm ki, konfransın gündəliyində olan məsələlər beynəlxalq elm və təhsil ictimaiyyəti tərəfindən də dəstəklənəcək.
Dosent Yusif Alıyev çıxışında qeyd edib ki, bu beynəlxalq konfransın keçirilməsində ən böyük əlamətdar hadisələrdən biri beynəlxalq tərəfdaşların ortaq məxrəcə gəlməsidir. Tərəfdaşlıqda ortaq məxrəc prinsipi çox önəmli bir konsepsiyadır, çünki elə bir fikirlər elə bir düşüncələr vardır ki, hər bir təşkilat öz prizmasından baxdığına görə bu cür tədbirlərin keçirilməsində ortaq nöqtəyə gəlmək çətin olur. Konfransa verilən çoxtərəfli dəstək və iştirak ümumilikdə ADPU-nun Quba filialının səmərəli fəaliyyətinə verilən yüksək qiymətdir.
Professorlar Cəfər Cəfərov, Əlibala Məhərrəmzadə, Zakir Eminov, dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova çıxışlarında ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı elm və təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın dövlətçilik strategiyasında milli varlıq səltənəti kimi dəyərləndiriblər.
Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Quba filialı ilə əməkdaşlıqdan çox məmnun olduğunu xatırladan Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru, professor UlanbekMambetakunov əminliklə deyib ki, elm və təhsil sahəsində əldə edilən hər bir uğurlu addım bütün türk dünyası üçün faydalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti SadırJaparovun dostluq və qardaşlıq münasibətlərindən danışan alim Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışının iki qardaş xalqın ortaq dəyərlərə verdiyi qiymətin tarixi təzahürü kimi dəyərləndirərək deyib ki, Qırğızıstan və Azərbaycanın qədim tarixi və bizi birləşdirən oxşar ənənələrimiz var. Bütün bunlar ortaq milli dəyərlərimizdir.
“Ali təhsil hər bir ölkənin inkişafında əsas amildir. Bir çox başqa ölkələrdə olduğu kimi, Qırğızıstanda da davamlı inkişaf və ətraf mühitin qorunması kontekstində təhsilə yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac var”,-deyə fikirlərini davam etdirən rektoru, professor UlanbekMambetakunov əminliklə qeyd edib ki, keçirilən konfransın çağırışları Azərbaycan-Qırğızıstan münasibətlərində elm və təhsil sahəsindəki əlaqələrin inkişafına böyük töhfə verəcəkdir.
Çıxışında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfransın qarşıya qoyduğu bütün məsələlər aktuallığı ilə seçildiyini diqqətə çatdıran millət vəkili Əlibala Məhərrəmzadə qeyd edib ki, gələcəkdəki uğurlar bu konfransın yüksək peşəkarlıqla təşkilindən və zəngin gündəlikdə anlaşılır. “Yüksək keyfiyyətin əl çatan ünvanı!”, - şüarı ilə filial çox şeyi anladır.
Azərbaycanın dövlət siyasətində regionlarımızın çoxsahəli inkişafını ölkəmizin yüksəlişində mühüm istiqamət kimi dəyərləndirən professor Zakir Eminov vurğulayıb ki, yerlərdə savadlı elmi-pedaqoji kadrların olması çox vacibdir. Ona görə də bütün bu məsələlər ali məktəblər qarşısında kadr hazırlığı istiqamətində vacib vəzifə kimi qoyulmalıdır. İnam hissi ilə deyə bilərik ki, bu proseslər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da müəyyən qədər həyata keçirilir. Fəxrlə deyə bilərik ki, regionlarımızın inkişafı prosesində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının da böyük payı var.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova əminliklə bildirib ki, konfrans qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirə bilərcəkdir, çünki filialın yetərincə böyük potensialı vardır. Dövlət rəsmisi beləd avam edib: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tarixi ənənələrinə və akademik cədvəlinə nəzər salsaq regionlarımızda yüksək yerlərdən birini tutur. Filial bir çox göstəriciləri ilə irəlidədir. Onu da qeyd edim ki, filialın uğurları həm də elə Qubamızın uğurlarıdır. İnanırıq ki, "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilən bu konfrans bütün mənalarda bizə gələcək üçün daha faydalı olacaqdır.
Alimlər çıxışlarda elm və təhsilin gələcəyi ilə bağlı ortaq mövqelərini belə ifadə ediblər ki, yaşıl dünyanı qorumaq üçün yaşıl təhsilin təsisatı əvəzolunmazdır.
Bişkek Musiqi Pedaqoji İnstitutunun professoru UlanbekMambetakunov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Fəxri Diplomu ilə təltif olunub.
Rəsmi hissədən sonra zəngin bədii proqram keçirilib. Quba Uşaq Musiqi Məktəbinin, Quba Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin, Quba filialının tələbələrinin ifasında bir-birindən maraqlı musiqi və rəqs ifalar olub, vətənimizin gözəlliyinə dəyərlərimizə həsr olunan və şeirlər oxunub.
PEDAQOJİ UNİVERSİTETİ BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ SÜRƏTLƏ GENİŞLƏNDİRİR
Konfrans çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə TaştanaErmatov adına Bişkek Musiqi-Pedaqoji İnstitutunun (Qırğızıstan) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru, professor UlanbekMambetakunov imzaları ilə təsdiqlədikləri sənədin əhəmiyyətini yüksək dəyərləndirərək bu sahədə əməkdaşlığı Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına növbəti töhfə olduğunu ifadə ediblər.Rektorlar əməkdaşlığın real və səmərəli olacağına ümidvar olduqlarını bildiriblər. Memorandum 11 maddədən ibarətdir və təhsil müəssisələri arasında hərtərəfli sıx əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, Bişkek Musiqi-Pedaqoji İnstitutu kollecdən ali təhsil müəssisəsinə çevrilib. Hazırda sürətlə inkişaf edən bu təhsil müəssisəsi “Məktəbəqədər təhsil”, “İbtidai sinif müəllimi”, “Riyaziyyat müəllimi”, “Musiqi müəllimi” və bir çox başqa ixtisaslar üzrə kadr hazırlığı həyata keçirir.ADPU da öz növbəsində bu sahələr üzrə ixtisaslaşmış lider təhsil müəssisəsidir. Məhz bu göstəricilərinə görə, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Bişkek Musiqi-Pedaqoji İnstitutu arasında imzalanan əməkdaşlığa dair memorandumu Azərbaycan və Qırğızıstan arasında imzalanan tarixi bir sənəd kimi dəyərləndirmək mümkündür.
İmzalanma mərasimində Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə və ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, eləcə də filialın struktur rəhbərləri iştirak ediblər.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə və filialın direktoru dosent Yusif Alıyevin iştirakı ilə ADPU-nun Quba filialının kollektivi ilə görüşüb.
Rəhbərlik etdiyi təhsil müəssisəsinin, eləcə də Quba filialının nailiyyətlərində danışan professor Cəfər Cəfərov bildirib ki, uğurlara qətiyyən arxayınlaşmaq olmaz.
Rektor Cəfər Cəfərov kollektivi maraqlandıran sualları cavablandırarkən əminliklə bildirib ki, Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar, eləcə də biliyin və pedaqoji peşə imkanlarının dəyərləndirilməsi sahəsindəki yeni tətbiqlər ən qısa zamanda böyük nəticələrlə xarakterizə olunacaq.
Konfransa aid panellərdə əvvəlcədən nəzərdə tutulmuş bütün çıxışlar dinlənilib.
Sabir Şahtaxtı,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xüsusi olaraq “Səs” qəzeti və SİA agentliyi üçün
Quba-2024
Bütün xəbərlər Facebook səhifəmizdə