MSK 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb. SİA xəbər verir ki, bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında qərar layihəsi müzakirə olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək Azərbaycan (GAP), Ədalət, Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad Vətən, Müasir Müsavat, Yeni Zaman partiyalarının 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Müvafiq qərarlar səsverməyə çıxarılaraq qəbul olunub.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərində indiyədək 23 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alındığını deyib: "Qeydiyyatdan keçmiş qalan üç partiya üçün də hələ vaxt var".

Bütün xəbərlər Facebook səhifəmizdə