MSK seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib
Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar layihəsi müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin ümumi sayından 3 faiz çox olmaqla 6 milyon 52 min 721 ədəd seçki bülleteni çap ediləcək.
Qərar səsverməyə çıxarılaraq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə