Avtovağzal" stansiyasında işıqlanma sistemində problem yaranıb

Avtovağzal" stansiyasında işıqlanma sistemində problem yaranıb

"Gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb". SİA xəbər verir ki, bu fikirləri Bakı Metropoliteni QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub: "Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir".

B Məmmədov hadisənin səbəblərinin araşdırıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə