Dünyanın aparıcı kriptovalyutası - bitkoin 18 min ABŞ dollarına kimi ucuzlaşıb. SİA xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,34 % ucuzlaşaraq 18,359 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 354 milyard ABŞ dolları kimi azalıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 12,78 % azalaraq 1,3 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Polygon”dur.
Kriptovalyuta bazarının toplam dəyəri 907 milyard ABŞ dollarına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB