“Kənd təsərrüfatı sahəsinin bərpası istiqamətində tədbirlər görülüb“ - NAZİR
“Qarabağ iqtisadi rayonunun ərazisindəki rayonlar respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli paya malikdir”. SİA xəbər verir ki, bu fikirləri Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunan konfransda deyib.
O qeyd edib ki, taxıl məhsullarının təqribən 14 faizi, kartof, tərəvəz və bostan məhsullatının təqribən 6 faizi, tütünün təqribən 8 faizi, üzümün təqribən 25 faizi, ət və süd məhsullarının isə təqribən 15 faizi bu bölgənin payına düşmüşdür: “Bu rəqəmlər azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialının nə qədər yüksək olduğunu göstərir. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra isə azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı sahəsinin bərpası istiqamətində tədbirlər görülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB