Yeni texnikalar ilk dəfə Şəmkirdə istifadə olundu - SƏS TV
Şəmkirdə Ceyrançöl massivində İqtisadi Zonaların İnkişafı Agentliyinin və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı ilə “Müasir resurslara qənaət edən əkinçilik texnologiyalarının tətbiqi üzrə” tədbir çərçivəsində müasir texnikaların təqdimatı keçirilib.
Söhbət “Mzuri” və “Ropa Maus” texnikalarından gedir. Məhz bu texnikalar Şəmkirin Ceyrançöl ərazisindəki aqroparkda təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. Onların üstün cəhəti dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların üzlərinin basdırılması kimi 4 prosesi eyni anda görmələridir. Əsas məqsəd ölkəmizdə tükənməkdə olan su ehtiyatlarına qənaət edilməsi, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Sözügedən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları və bir sıra kənd təsərrüfatı şirkətlərinin rəhbər şəxsləri iştirak ediblər. “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri barədə məlumat verilib və kənd təsərrüfatında istifadə üçün “Mzuri” texnikasının təqdimatı keçirilib.
Təsərrüfatlarda sınaqdan çıxarılan texnikaların nəticələri göstərir ki, onlar 40 faiz yanacağa, 30-40 faiz gübrələrə, həmçinin vaxta qənaət edir.
Qeyd edək ki, ümumilikdə “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatından cari il 854,268 ton arpa, 770,54 ton buğda, 1409 ton qarğıdalı yığımı həyata keçirilib. İnvestisiya dəyəri 13,4 mln. manat olan aqroparkda daimi olaraq 71, mövsümi 30 nəfər insan işlə təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB