Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva Səudiyyə Ərəbistanına səfəri zamanı "Reuters" agentliyinə müsahibəsində bildirib ki, düzgün maliyyə siyasəti ilə qlobal tənəzzülün qarşısını almaq olar. SİA xəbər verir ki, hökumətlərin maliyyə siyasətlərinin pul siyasətinin sərtləşdirilməsi ilə uyğunlaşdığı təqdirdə qlobal tənəzzülün qarşısını almaq mümkün olduğuna diqqət çəkən Georgieva, gələn il yalnız resessiyaya girəcək ölkələrin ola biləcəyini qeyd edib.
Georgieva, Fed-i öz siyasətlərində son dərəcə ehtiyatlı olmağa və onun dünyanın qalan hissəsinə təsirini nəzərə almağa çağıraraq, FED-in məsuliyyətinin "çox yüksək" olduğunu əlavə edib. BVF direktoru Georgiyevanın FED-ə çağırışının Birləşmiş Millətlər Təşkilatının (BMT) mərkəzi bankları faiz artımını dayandırmağa çağırmasından sonra gəlməsi diqqət çəkib. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı bu gün açıqladığı hesabatda, FED və Avropa Mərkəzi Bankı kimi inkişaf etmiş ölkələrin mərkəzi banklarının qlobal iqtisadiyyatı tənəzzülə sürükləmək riski ilə faiz dərəcələrini artırmağa davam etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB