Ovçuluqla məşğul olmaq istəyən şəxslər hara müraciət etməlidir? - XİDMƏT RƏİSİ AÇIQLADI

Ovçuluqla məşğul olmaq istəyən şəxslər hara müraciət etməlidir? Lisenziyanı hardan əldə edə bilərlər?

Bu barədə SİA-nın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, ovçuluqla məşğul olmaq istəyən şəxs bir neçə prosedurdan keçməlidir: "İlkin olaraq vətəndaş ovçuluq vəsiqəsini əldə etmək üçün ərizə ilə 5 saylı Asan xidmətə yaxınlaşmalıdır. Sənədlər quruma daxil olduqdan sonra imtahan nəticəsində vətəndaşa ovçuluq bileti verilir. Biletdən sonra isə ovçuluqla bağlı müraciət etmək istəyən şəxs regional Ekologiya idarələrinə müraciət edərək lisenziya əldə edə bilərlər. Həmin lisenziyalarda isə hansı heyvanları ovlayacağı və hansı ərazidə ovlana biləcəyi qeyd olunacaq. Həmçinin limitləri də qeyd ediləcək. Artıq lisenziyaların verilməsi, ovçuluq imtahanları üçüb regionlarda səyyar formada həyata keçiriləcək. Bu yenilik 2022-2023-ci il üçün nəzərdə tutulub. Bu da vətəndaşların işini asanlaşdıracaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə