Rusiyadan Avropaya gedən boru kəmərində qaz sızması

Danimarka qorxulu xəbəri çatdırıb. SİA xəbər verir ki, “Şimal axını 2” Baltik dənizində Danimarkanın Bornholm adasının cənub-şərqində qaz kəmərində sızma aşkarlandığını təsdiqləyib. Bildirilir ki, kəmər qaz idxalı üçün istifadə olunmasa da, hələ də doldurulur. “Şimal axını 2” məsələ ilə bağlı Almaniya, Danimarka, İsveç, Finlandiya və Rusiyanın məsul qurumlarının məlumatlandırıldığını bildirib.

Almaniya İqtisadiyyat Nazirliyindən verilən açıqlamada Almaniya və Danimarkadakı səlahiyyətlilərlə təmasda olduqları qeyd edilib: "Hazırda faktları aydınlaşdırmaq üçün aidiyyatı qurumlarla fikir mübadiləsi aparırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə