Fransada enerji böhranı səhmlərin 700 faiz artmasına səbəb olub

Fransada enerji böhranı ağac satan şirkətlərin səhmlərinin 700 faiz artmasına səbəb olub. SİA xəbər verir ki, Fransada enerji qiymətlərinin qalxması ilə əlaqədar olaraq, odun satan şirkətlərin səhmləri birjada sürətlə yüksəlməyə başlayıb. Fransanın "BFM" TV kanalının xəbərinə görə, qarşıdan gələn qış öncəsi qaz və işığın bahalaşması vətəndaşları alternativ yanacağa sövq edib.

Ukrayna-Rusiya müharibəsi və Rusiyanın Avropaya təbii qaz axınını məhdudlaşdırması səbəbindən Fransada elektrik enerjisi və təbii qaz qiymətləri yüksəldiyi halda, camaat istilik üçün daha az xərc olduğunu əsas gətirərək odun kəsiminə üz tutub. Bundan əlavə, hökumətin yaşıl yanacağın təşviqi və son iki ildə neft və kömür qazanlarının quraşdırılmasına qadağa qoyulması odun tələbini artıran digər səbəb olub.

Tələbatın artması ilə yonqar qiymətləri də 300-400 avro artıb. Taxta və yonqar satışı ilə tanınan bəzi Fransa şirkətlərinin səhmləri birjada 700 faiz artıb. Yüksək tələbat səbəbindən ağacda böyük tədarük çatışmazlığı yaşansa da, enerji çatışmazlığı qorxusu istehlakçıların qışdan əvvəl odun ehtiyatı saxlamasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə