İstismara yararsız vaqonların aqibəti necə olur? - QURUM RƏSMİSİ AÇIQLADI
"Bakı Metropolitenində istismar müddəti başa çatmış yaxud da istismara yararsız vaqonların xətdə olması qeyri-mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, köhnə nəsil qatarların istismar müddəti 31 il, yeni nəsil qatarların istismar müddəti isə 30 ildir: "İnstismar müddətini başa vuran vaqonların xətdə saxlanılması yanlız xüsusi qaydada texniki komissiyanın təşkili və onların müvafiq qiymətləndirilməsindən sonra mümkündür. Yəni bununla bağlı rəy verirlər. Hazırda metropoliten xətlərində yararsız qatarlar yoxdur. Ümumiyyətlə, yararsız vaqonlar xətdən çıxarıldıqdan sonra mütləq qaydada utilizasiya olunur. İlk növbədə, sənədləşdirilir və aidiyyatı üzrə dövlət qurumuna yönləndirildikdən sonra vaqona baxış keçirilərək qiymətləndirmə işləri aparılır. Daha sonra isə utilizasiya prosesi başlayır. Vaqonun yararlı hissələri metronun ehtiyat hissələrinin mübadilə mərkəzində saxlanılır. Yəni vaqonun istismar müddəti başa çatsa da, onun istismara yararlı hissələri saxlanılır. Vaqonun özü isə hissələrə bölünərək metal qırıntısı kimi satılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB