"Laçın və Kəlbəcər böyük iqtisadi potensiala malikdir" - İQTİSADÇI AÇIQLADI

"Laçın və Kəlbəcər böyük iqtisadi potensiala malikdir" - İQTİSADÇI AÇIQLADI

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. SİA mövzu ilə bağlı iqtisadçı deputat Vüqar Bayramovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, Kəlbəcər-Laçın yolu və həmin yolda tunellərin çəkilməsi işğaldan azad olunmuş ərazilərimiz və xüsusən də Şərqi Zəngəzur infrastrukturunun inkişaf etdirilməsi baxımından vacibdir: "Bu, nəticə etibarilə Şərqi Zəngəzurun infrastrukturunun formalaşması və növbəti mərhələdə iqtisadiyyatın inteqrasiyasına imkan yaradacaq".

Vüqar Bayramov sözlərinə belə davam edib: "Nəzərə alsaq ki, artıq növbəti ilin sonlarına doğru Laçın şəhərində ilkin məskunlaşma mümkün olacaq. Bu da Şərqi Zəngəzurda məskunlaşmanın davam edəcəyindən xəbər verir. Bu baxımdan infrastrukturun formalaşmasına ehtiyac var idi.

Şərqi Zəngəzur, o cümlədən Laçın və Kəlbəcər böyük iqtisadi potensiala malikdir. Burada infrastrukturun formalaşması, yolların çəkilməsi, tunellərin quraşdırılması həmin rayonların inkişafını stimullaşdıracaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə