Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib
Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.
Ekologiya və Təbii Sərvətləri Nazirliyinin mətbuat xidmətindən SİA-ya verılən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB