Birliyin 27 əməkdaşı mükafatlandırıldı - FOTOLAR

Birliyin 27 əməkdaşı mükafatlandırıldı - FOTOLAR

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun Zaqatala Regional Qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan bir qrup Birlik əməkdaşı ilə görüş keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baş direktor xidmətdə yüksək nəticələr əldə edən əməkdaşların həvəsləndirilməsinin, fəaliyyətlərinin stimullaşdırılmasının, vəzifədə irəli çəkilməsinin hər zaman SOCAR rəhbərliyinin diqqətində olduğunu qeyd edib.

Baş direktor nəzarətçi-çilingərlərin əmək fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq hər bir əməkdaşın qayğıları ilə maraqlanıb. Daha sonra Ruslan Əliyev SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Birliyin 27 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb. Birlik əməkdaşları göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə