“Dünya ərzaq qıtlığının astanasındadır" - İQTİSADÇI AÇIQLADI

“Dünya ərzaq qıtlığının astanasındadır" - İQTİSADÇI AÇIQLADI

“Dünya ərzaq qıtlığının astanasındadır və Azənbaycanda da bu məsələlər müşahidə olunmağa başlayır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, ölkəmizin iqtisadiyyatı xüsusilə idxaldan asılı olduğu üçün bu bizdə daha çox müşahidə olunur: "İstər qida məhsullarının, istər kənd təsərrüfatı məhsullarının bir çox növlərində şiddətli dərəcədə artım müşahidə olunur. Misal olaraq deyə bilərik ki, çörəklə bağlı məsələlərdə proqnoz vermişdik ki, çörəyin qiymətini saxlamaq çətin olacaq. Təəssüf ki, proqnozumuz doğru çıxdı. Bu sahədə həqiqətən ciddi boşluqlar var. Çünki dünyanın 25 faiz taxıl ehtiyyatını təmin edən iki ölkə arasında müharibə gedir. Bu iki ölkə dünyanın təkcə taxıl ehtiyyatını təmin etmir, həm də qarabaşaq, şəkər çuğunduru, yağ məhsulları, hətta Ukraynadan Azərbaycana ət və ət məhsulları, iribuynuzlu mal-qaranın gətirilməsi həyata keçirilirdi. Bu məsələlər daxili tələbatı ödəmək üçün edilirdi, həm də daxildə istehsal olunan məhsullarla rəqabət mühiti yaradırdı. Bununla da həmin məhsulların ölkədə qiymətinin bahalaşmasının qarşısı alınırdı. Azərbaycanda bu sahədə bir çox işlər görünür amma təəssüf ki, istədiyimiz formada deyil. Yəni artıq daxili istehsalatı gücləndirmək lazımdır. İstər kommunal ödənişlərlə bağlı, istər vergilərlə bağlı bir çox motivasiya xarakterli addımlar atılmalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə