Azərbaycanın düyü idxalını artırmasında əsas səbəb? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Azərbaycanın düyü idxalını artırmasında əsas səbəb? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Dənli bitkilərin idxalının artırılması və ehtiyatların formalaşması bu gün əksər ölkələr üçün prioritet məsələlərədən hesab olunur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan da həm düyü, həm də digər vacib ərzaq məhsulları üzrə ehtiyatların artırılması ilə bağlı siyasəti davam etdirilir: “Nəticə etibari ilə biz xüsusəndə Rusiya-Ukrayna müharibəsi fonunda qlobal bazarda bir sıra ərzaq məhsullarının o cümlədən xüsusui ilə taxıl məhsullarının, düyünün qiymətində artımlar müşahidə edirik. Həmçinin digər vacib məqamlardan biri məhz həmin bir sıra məhsullarda qıtlığın olmasından irəli gəlir. Ona görə də birbaşa ehtiyatların genişləndirilməsi xüsusən də qlobal ərzaq qıtlığının Azərbaycan bazarına təsirlərini minimallaşdırmaq məqsədi daşıyır. Bu da nəticə etibari ilə növbəti dövrlərdə artıq dünya bazarında müşahidə edilən qlobal qıtlığın və qiymət artımlarının iqtisadiyyata təsirlərini minimallaşdırmağa çalışır. Buna görə də bu istiqamətdə aparılan fəaliyyətlər bir mənalı şəkildə ərzaq təhlükəsizliyinin təminatı və gözlənilən qlobal ərzaq qıtlığının Azərbaycan bazarına təsirlərini azaltmaq üçün xidmət edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə