“Baş verən yanğınlarda 29 nəfər həlak olub” - ETİBAR MİRZƏYEV
"Yanvarın 1-dən avqustun 25-nə qədər Azərbaycanda 10900 yanğın hadisəsi olub". SİA xəbər verir ki, bu fikirləri 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
Nazir müavini bildirib ki, yanğınların bir hissəsi işğaldab azad olmuş ərazilərdə baş verib: "Yanğınlar nəticəsində 211 ha meşə , 2318 taxıl zəmiləri yanıb. Avqustun 25-dək baş vermiş yanğınlarda 29 nəfər həlak olub".
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB