Avropada qazla bağlı böhran yarana bilər? - İQTİSADÇI AÇIQLADI
"Avropanın ən böyük qaz tədarükçüsü Rusiya Federasiyasıdır. Rusiya-Ukrayna münaqişəsi başlamamışdan qabaq, artıq Avropa ilə Rusiya arasında bəzi gərginliklər yaşanmışdı". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, daha sonra qarşılıqlı güzəştlərə getməyə nail olundu: "Bildiyimiz kimi, bəzi ölkələr qazın qiymətinin rublla ödənilməsini öz üzərinə götürdü. Bir müddət sonra Avropa İttifaqının bir sıra ölkələri alternativ qaz tədarükçüləri axtarmağa başladı. Coğrafi mövqeyinə və geosiyasi vəziyyətinə görə, Azərbaycandan yaxşı tədarükçü ola bilməzdi. Avropa İttifaqının rəsmi nümayəndələrinin verdiyi bəyanatlara əsasən deyə bilərik ki, onlar Azərbaycanı etibarlı qaz tədarükçüsü hesab edirlər. Bir müddət öncə Cənub Qaz Dəhlizinin işə başlaması ilə Azərbaycan öz mövqelərini möhkəmləndirməyə başladı. Avropa İttifaqının rəhbəri ötən ay Azərbaycanda rəsmi işgüzar səfərdə olan zaman bir sıra mühüm sənədlərə imza atıldı. Düşünürəm ki, Avropa üçün alternativ qaz tədarükçüsü ölkələrinin içərisində Azərbaycanı ən prioritet ölkə hesab etmək olar".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB