Bakıda kirayə ev qiymətləri niyə bahalaşıb? - MƏNZİL EKSPERTİ AÇIQLADI
“Hal-hazırda Bakı və ətraf qəsəbələrdə olan kirayə mənzillərdə keçmiş illərlə müqayisədə kirayə mənzil bazarında qiymətlərdə 20-25 faiz artım qeydə alınıb. Bu artımın əsas səbəbi yeni tədris ilinin açılması olsa da, əsas səbəb başqadır. Belə ki, şəhərin mərkəzində tikilməkdə olan Pilot layihəli evlərin də kirayə mənzil bazarında qiymət artımınd
a böyük payı var”. Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Anar Nəsirov deyib.
Onun sözlərinə görə, bir tərəfdən söküntü zamanı həmin sökülən yerlərdə kirayə bazarına çıxarılan evlər sökülür, digər tərəfdən həmin həyətlərdə yaşayan sakinlərin evlərinin sökülməsi və həmin mənzillərin sakinlərinin kirayə mənzillərə köçürülməsi kirayə bazarına əsas təsir edən amillərdən biridir: “Hazırda tikintisi davam edən pilot layihələrinin tikintisinin bitməməsi və həmin sakinlərin öz evlərinə köçürülməməsi təkrar kirayə bazarına təsirsiz olmur.
Hazırda söküntü zamanı ikinci əl kirayə bazarında olan mənzillərin 30 faizi sökülüb və təkrar kirayə bazarından xaric olur. Bu da mənzil bazarında balansı pozur, tələbat artır və qiymətlərin bahalaşmasına səbəb olur.
İndi daha çox müştəri görən sahibkar qiyməti artırır, yaxud evi əldə etmək üçün kirayə axtaran əmlak sahibinə daha artıq pul təklif etməklə o evi əldə etmək istəyir. Bu da kirayə mənzil bazarında qiymətlərin artımına səbəb olur”.
Anar Nəsirov sözlərinə belə davam edib: “Ümumiyyətlə, bu il kirayə bazarı çox gərgin görünür. Çünki keçmiş illərə nisbətən kirayə bazarına daha az mənzil çıxır. Onlar da 1 saat ərzində tutulur.
2022- ci il dərs ilinin başlanması onsuz da az olan kirayə mənzillərə tələbatı daha da artırıb. İndi tələbələr keçən dərs illərindəki kimi seçim etmək şansları yoxdur. Çünki ailələr 4-5 mənzilə baxıb birini seçirdilərsə, indi bir evi tapmaq üçün günlərlə axtarışda olurlar və yeni ev çıxan kimi onu tutmaq məcburiyətindədirlər.
Bir sözlə, bu il kirayə mənzil bazarına keçən 3 illə müqayisədə tələbat 40 faiz daha artıqdır. Yuxarıda qeyd etdiyim amillərdən dolayı kirayə mənzil bazarında qiymət artımı var və bu artım yeni dərs ilinin başlanmasına qədər davam edəcək.
Kirayə mənzil bazarında normallaşma isə yeni tikilməkdə olan Pilot binaların tam təhvil verilməsi və hazırda kirayədə olan sakinlərin öz mənzillərinə köçürülməsi təkrar kirayə bazarına yeni evlərin çıxmasına səbəb olacaq. Bu da kirayə mənzil bazarında tələb və təklif balansının düzəlməsinə səbəb olacaq .Hazırda tələbələrin 50 faizi hələ də ev tutmayıblar bu keçən günlər ərzində kirayə mənzillərə tələbatı daha da artracaq və düşünürəm qiymətlər daha artmağa doğru gedəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB