“Taxıl baryeri BMT və Türkiyə sayəsində aradan qalxdı”

İspaniyanın Menendez Pelayo Beynəlxalq Universitetinin Santander şəhərində təşkil edilən yay kursu zamanı Avropanın gələcəyi ilə bağlı seminarda iştirak edən C.Borell sonra təşkil edilən mətbuat konfransında deyib
“Taxıl baryeri BMT və Türkiyə sayəsində aradan qalxdı”

Avropada avqustun 15-də 220,11 avrodan satılan təbii qazın meqavat/saat qiyməti ayın 22-də təxminən 28,6 faiz artaraq 283,20 avroya yüksəlib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropada Hollandiyada yerləşən virtual təbii qaz ticarət məntəqəsi olan TTF-də satılan sentyabr fyuçersləri üçün qaz müqaviləsinin qiyməti 22 avqustda bir meqavat/saat üçün 266,75 avro səviyyəsində açılıb.

Ötən həftə bazar ertəsi 220,11 avrodan bağlanan təbii qazın meqavat/saat qiyməti avqustun 22-də 283,20 avroya yüksəlib. Belə ki, bir həftə ərzində təbii qazın meqavat-saat qiyməti 28,6 faiz artıb.

Rusiya qazını Avropaya daşıyan “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlinin 31 avqust - 2 sentyabr tarixlərində dayandırılacağı barədə açıqlama qiymət artımına səbəb olub. Bundan əlavə, isti yay mövsümü ilə əlaqədar Avropada çayların quruması və tədarük çatışmazlığı olan bölgələrdə tələbatın davam etməsi də qiymət artımını tətikləyib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə