Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva respublikamızı qarış-qarış gəzərək əhalinin bütün təbəqədən olan hissəsini və bütün sahələri diqqətdə, qayğıda saxlayır. Qürurla qeyd etmək lazımdır ki, dövlətimizin dünyanın heç-bir dövlətindən asılı olmayan və uzunmüddətli, ən ağır böhran hallarına dayanıqlı, dinamik-iqtisadi inkişaf modeli mövcuddur. Qısa müddət ərzində iqtisadiyyatının belə dinamik inkişafı dünyanın hətta ən qabaqcıl ölkələrinə də müyəssər olmayıb. Sabit, yüksək iqtisadi inkişafa hesablanmış siyasəti ilə Azərbaycan Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra güclü inkişaf etmiş dövlətləri ilə müqayisədə daha mükəmməl və etibarlı iqtisadi sistemə malikdir.
Prezident İlham Əliyev bölgələrə səfəri zamanı, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün regionlarda məhsuldar sahələrin yerli imkanlar hesabına güclü artımına xüsusi əhəmiyyət verir və ona şərait yaradır. Razılaşarsınız ki, bu gün iqtisadiyyatımızda əldə edilmiş dinamik və sıçrayışlı proqresin və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əslində bilirik ki, inkişafa aparan yol heç də hamar deyil. Müstəqilliyimizin ilk illərində ölkəmiz bir çox siyasi və iqtisadi problemlərlə üzləşmişdi. Ama xalqımız tam əmin idi ki, onun çoxsaylı xahişi və çağrışı ilə ulu öndər Heydər Əliyev hakimiyyətə yenidən qayıtdıqdan sonra respublikamızda bütün sahələrin inkişafında böyük dönüş yaranacaq. Ölkəmizin malik olduğu yeraltı və yerüstü sərvətləri hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər dayanıqlı iqtisadiyyatın qurulması və dinamik qeyri-neft sektorunun inkişafı kimi məsələlər əsas vəzifəyə çevrildi.
Ötən bir neçə ilin nəticələrinə görə, ölkənin iqtisadi inkişafında özəl sektorun rolu durmadan artmaqdadır. Belə ki, sənaye məhsulunun 28,7 faizi dövlət müəssisələrində, 77,3 faizi özəl sektorda istehsal edilib. Beləliklə də bu nəticə, yəni özəl sektorun Prezident İlham Əliyev tərəfindən necə diqqətdə olmasının bariz nümunəsidir. Ümumiyyətlə respublikada özəl sektorun, qeyri-neft sektorunun inkişafı, eyni zamanda sahibkarlığın inkişafını stimullaşdıran tədbirlərin artırılması deməkdir. Elə bu fikirlədə dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər verilir, ölkədə həm özəl biznesin, həm də müvəkkil bankların inkişafına şərait yaradılıb. Prezidentin struktur islahatı tədbiri ilə yeni və bir neçə nazirliyin birləşməsindən yaradılan İqtisadi İnkişaf Nazirliyi tərkibində Vergilər Nazirliyi hüquqi şəxlərin qeydiyyatı üçün “vahid pəncərə” prinsipinin tətbiqi, sadələşdirilmiş vergitutma, o cümlədən elektron vergiödəmə sisteminin tətbiqi bu gün biznes mühitini daha da yaxşılaşdırıb.
Böyük qürurla və sevinclə vurğulanmalıdır ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və dünyanın bir çox dövlətlərinin uzun müddət ərzində əldə edə bilmədiyi iqtisadi proqresə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq ölkəmiz keyfiyyətcə yeni inkişaf, modernləşmə mərhələsinə qədəm qoyub. Şübhəsiz ki, inkişafa aparan yol heç də hamar olmamışdır. Müstəqilliyinin ilk illərində ölkəmiz bir çox siyasi və iqtisadi problemlərlə üzləşdi. Belə ki, uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf etmişdi. Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev iqtisadi sabitliyi və inkişafı təmin etmək məqsədilə, ölkənin qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində potensialını inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün hökumət tərəfdən intensiv tədbirlər görülməsini təşviq edirdi. Dövlət həmçinin kənd təsərrüfatı sektorunun möhkəmləndirilməsi üçün imtiyazlar tətbiq etdi. Onların sırasında idxalın əvəzlənməsi, vergidən azad olunma, eləcə də fermerlərin kənd təsərrüfatı texnikası və gübrələrə təmin etmək üçün subsidiyaların veriləməsi və s. imtiyazları xüsusilə qeyd etmək lazımdır. Artıq demək olar ki, son 20 ildə güclü iqtisadi artım və sosial transformasiya ölkəmizi orta səviyyədən yüksək gəlirlilik səviyyəsinə malik dövlətə çevirib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva cari ayın 12-də ölkəmizin səfalı rayonlarından olan İsmayıllı rayonununa səfər etdi. Möhtərəm Prezident İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir çox vacib məsələlərə toxundu. Belə ki, aparılan daxili və xarici siyasətin uğuru haqqında, həmçinin Azərbaycan-Ermənistan arasında gedən danışıqlarda Ermənistan hakimiyyətinin qeyri-peşəkar yanaşması və bundan yaranan bir sıra problemlər haqqında geniş məlumat verdi. Prezidentin xüsusi qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının bu günkü inkişaf vəziyyəti, kənd təsərrüfatına ayrılan diqqət və qayğı, regionların inkişafı, əhalinin güzaranının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər bundan sonrada davam edəcəkdir.
Lakin dünyanı cənginə alan iqtisadi böhran ölkəmizdən də yan keçmir. Bununla yanaşıə müharibədən yeni çıxmış qalib ölkədə bəzi iqtisadi reqres müşahidə olunmaqdadır. Burada bölgədə baş verən müharibə ocaqlarının da mənfi təsiri böyükdür. Bu isə müvəqqətidir. Yəni məlumdur ki, həmişə müharibələr təkcə insan itkisi ilə yox, iqtisadi tənəzzüllə də müşahidə olunub. Ölkəmizin isə yürütdüyü balanslı siyasət ictimai-siyasi sabitliyə və əhalinin sosial durumunun yaxşılaşmasına hesablanıb. Bu isə dinamik inkişafımıza səbəb olacaq. Düşmən tapdağından azad olunmuş ərazilərimizdə aparılan müasir tikinti və quruculuq işlərindən sonra, istifadəyə verilmiş torpaqlarımızda turizmdən gələn gəlirlə böyük işlər görüləcəyinə əminəm. Bu da işsizliyin tamamilə aradan qalxmasına səbəb olacaqdır.
Sonda qeyd edim ki, son 6 ayın yekunlarına nəzər salanda, Respublikamızda bütün sahələr üzrə irəliləyişlərin olduğu açıq-aydın görünür. Bunun da tək səbəbi, müasir və müstəqil Azərbaycanın memarı, xalqının xilaskarı, dahi insan Heydər Əliyev tərəfindən əsası qoyulmuş qüdrətli Azərbaycanın daxili və xarici siyasəti və bu siyasətin çox etibarlı əllərdə olmasıdır. Xalqımız qətiyyətli Ali Baş Komandan, Prezident İlham Əliyevə güvənir və inanır.
Vüqar Məmmədov
YAP Saatlı rayon təşkilatı ƏPT-nin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB