Avropa ölkələri enerji istehlakı ilə bağlı Rusiyadan asılılığı azalda biləcək? - İQTİSADÇI AÇIQLADI

Avropa ölkələri enerji istehlakı ilə bağlı Rusiyadan asılılığı azalda biləcək? - İQTİSADÇI AÇIQLADI

"Avropa İttifaqının Rusiyadan enerji asılılığının aradan qaldırması zaman tələb edən bir prosesdir". Bu sözləri SİA-ya açıqlamasıda Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqının mavi qaz idxalında Rusiyanın payı 22%-dir: "Eyni zamanda neft idxalında Rusiyanın payı 27%-dir. Avropa təbii ki, neftdən asılılığı kəskin şəkildə azaltmaq niyyətindədir. Gözlənilən odur ki, neftdən asılılığı azaltmaq mümkündür, amma mavi qazla bağlı eyni sözləri demək olduqca çətindir. Çünki mavi qazdan asılılıq kifayət qədər böyükdür. Həmçinin digər alternativ mənbələr də çox deyil. Alternativ mənbə olaraq Azərbaycan, Əlcəzair Avropa İttifaqı üçün alternativ mənbədir. Avropa İttifaqı həm Azərbaycanın, həm Əlcəzairin hesabına mavi qaz payını azaltmaq və enerji təhlükəsizliyini təmin etmək niyyətindədir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən ölkələrdəndir. Bütövlükdə son bir ildə Azərbaycan Avropa İttifaqına 14 milyard kub metr mavi qaz nəql edib. Gözlənilən odur ki, Azərbaycanın Avropaya illik mavi qaz ixracatı orta hesabla 10 milyard kub metr olacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yaxından töhfə verən ölkələrdən birinə çevrilməkdədir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə