Suyun qiyməti qalxıb? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Mağazada satılan meyvə şirələrinin və suyun qiymətinin qalxmasının özəl bir səbəbi yoxdur. Hər bir məhsulun qiymətinin artmasının səbəbi eynidir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

İqtisadçı-ekspertin sözlərinə görə, bunun əsas səbəbi istehsal xərclərinin maya dəyərinin artması ilə əlaqəlidir: “Lakin əsas məsələ dünyada və ölkədə baş verən inflyasiyadır. Məhz bu səbəblərə görə materialın xəcləri artdı və şirkətlərin istehsal etdiyi məhsulun maya dəyərinə də təsir etdi. İndi isə sahibkarlar artan xərcləri bir dəfə ilə artıra bilmirlər. Çünki istehsalı davam etdirmək üçün istehsalçı materialı baha qiymətə olsa belə almalıdır. Lakin bunu xırda-xırda pərakədə qiymətlər qaldırmaqla həyata keçirirlər. Ümumi istehsal xərclərinin qalxması və bayaq qeyd etdiyim amillər qiymət artımı ilə nəticələnir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə