Taxıl sahələrinin genişləndirilməsi böhranın qarşısını alacaq? - İQTİSADÇI-ESKPERT AÇIQLADI

“Azərbaycanda taxıl istehsalının artırılması, eyni zamanda, taxıla olan tələbin daxili mənbələr hesabına ödənilməsi, eyni zamanda, əvvəlki illərlə müqayisədə bu il taxıl sahələrində artım müşahidə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspertin sözlərinə görə, taxıl istehsalı və yığım daha da artacaq: “Bu da təbii ki, tələbin yerli istehsal ilə ödənilməsi baxımından vacibdir. Nəzərə alsaq ki, Azərbaycan taxıla olan tələbin 60 faizini daxili, 40 faizini isə idxal hesabına ödəyir. Son dövrlər dünya bazarında taxılın qiyməti kəskin şəkildə artımlarla yanaşı, eyni zamanda, dünyada taxıl qıtlığı müşahidə olunur. Bu konteksdə istehsal sahələrinin genişləndirilməsi o cümlədən Naxçıvan Muxtar Respublikasında, işğaldan azad olunmuş ərazilərimizdə yeni taxıl sahələrinin salınması da ölkə iqtisadiyyatına, taxıla olan tələbin ödənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ona görə də Naxçıvan Respublikası daxil olmaqla Azərbaycan taxıl sahələrinin genişləndirilməsi, taxıl idxalının minimallaşdırılması və taxıla olan tələbin mərhələli şəkildə yerli istehsal gücünə ödənilməsinə imkan yaradacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə