Tərəvəz sahələrindən 26 min tondan çox məhsul yığılıb

Salyan rayonunda tərəvəz bitkilərinin yığımı davam edir.
Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr var. Fermerlər dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən yararlanaraq bol məhsul tədarük ediblər. SİA-nın verdiyi məlumata görə, 2022-ci ilin məhsulu üçün əkilən 1404,2 hektar tərəvəz sahəsindən 26010 ton məhsul toplanılıb. Ayrı-ayrılıqda tərəvəz bitkilərinin məhsulu üzrə yaşıl lobya 22,2 ton, xiyar 4986,1 ton, pomidor 17698,2 ton, baş sarımsaq 111,4 ton, baş soğan 383,5 ton, kələm 265,3 ton, bibər 1380,7 ton, badımcan 585,2 ton, 577,4 ton isə və s. tərəvəzlər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...