"Qara dənizdə kəşf edilən təbii qaz 2023-cü ilin martında istifadə olunacaq"

Türkiyə enerji və təbii sərvətlər naziri Fatih Dönmez Qara dənizdə kəşf edilən təbii qazın 2023-cü ilin mart ayında istifadə olunacağını söylədi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Anadolu Agentliyinin (AA) qonağı olan nazir gündəmlə bağlı sualları cavablandıraraq deyib: "Abdülhamid Han" qazma gəmisi Qara dənizdə 45-60 gün işləyəcək. Bu müddətdə qazma işlərini tamamlayacağıq. Bir kəşf tapsaq, yaxşı xəbəri millətimizlə paylaşacağıq.

Türkiyənin enerji donanmasında “Abdülhamid Han” ilə birlikdə 4 qazma gəmisi də var.

Digər qazma gəmilərimizə bənzər bir çox xüsusiyyətləri olsa da, "Abdülhamid Han" istifadə etdiyimiz ilk belə gəmi sayılır. Dünyada miqyasında 5 belə gəmi var ki, 12.200 metrə qədər qaza bilir".

Qara dənizdə təbii qaz kəşfiyyatı ilə bağlı işlər davam edir.

Qara dənizin 2200 metr dərinliyində demək olar ki, enerji bazası yaradırıq. Bir ucundan digərinə 12, o biri ucundan 8 kilometr aralı dəhlizdə nəhəng tikinti avadanlıqlarını gəmilərdən endiririk. Biz onları sualtı obotlarla quyuların başına quraşdırırıq.

120 kilometr dərinlikdə dəniz borularının çəkilişi tamamlanıb, 50-si qalıb. 2023-cü ilin birinci rübündə - mart ayında, inşaallah, bu qazı quruda yandırmış olacağıq."

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...