Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin 3 % artmasının əsas səbəbi nədir? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Pərakəndə ticarət dövriyyəsinin artması pandemiyadan sonra bütövlükdə ticarət həcminin yüksəlməsi ilə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspertin sözlərinə görə, pandemiyadan sonrakı dövrdə ticarətin həcmində və dövriyyənin faizi baxımından artımlar müşahidə olundu: “Bu da ümumi dövriyyədə artımların olması ilə nəticələndi. Həmçinin istehlak bazarında qiymətlərin gözlənilən faizdən daha çox artması da birmənalı şəkildə pərakəndə ticarət dövriyyəsinə təsir edən faktorlardandır. Pandemiyadan sonra aktivliyin artması bütövlükdə həcmin yüksəlməsinə imkan verdi, digər tərəfdən isə istehlak bazarındakı qiymətlər və bu konteksdə dəyər ifadəsinin genişləndirilməsi də ticarət dövriyyəsində artımlarla müşahidə olunur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...