Transxəzər marşrutunun imkanlarının genişləndirilməsi “Tengiz” neft yatağına tərəfdaşların cəlb edilməsi ilə paralel gedə bilər. Qazxstanın energetika naziri Bolat Akçulakov bildirib ki, onun ölkəsi istər-istəməz hasilatın artması səbəbindən neft tədarükünün diversifikasiyası məsələləri ilə məşğul olaraq, Çinə, Xəzər dənizi vasitəsilə dəniz yolu ilə İrana marşrutlar nəzərdən keçirilir.
"2024-cü ilin ortalarına qədər neft hasilatının 100 milyon tona qədər artacağı gözlənilir. Ona görə də biz istər-istəməz nəqliyyat imkanlarımızın artırılması məsələlərini həll etməli olacağıq",- Akçulakov Nur-Sultanda keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə marşrutun Qazaxıstan neftinin nəqli üçün ən sərfəli yol olmasına baxmayaraq, artan həcmləri diversifikasiya etmək və digər marşrutlardan da istifadə etmək lazımdır.
"Bizim iki əsas yeni istiqamətimiz var: şərqə (Çin) və Xəzərin o tayından, əgər tərəfdaşlarımız böyük həcmdə neft almağa razı olsalar. İrana dəniz yolu ilə çatdırılma imkanları da var, lakin bunlar tarixən həyata keçirilən kiçik əməliyyatlardır”- nazir əlavə edib.
Akçulakov həmçinin qeyd edib ki, ölkədə karbohidrogen hasil edən xarici şirkətlərlə neft tədarükü marşrutlarının şaxələndirilməsi ilə bağlı danışıqlar aparılır.
"Bütün həmkarlar, şirkətlər, tərəfdaşlar- biz hamımız tez-tez bir araya gəlirik və müzakirə edirik, dəqiq texniki səviyyədə ətraflı danışıqlar aparırıq",- nazir bildirib.

O, dövlət başçısının niyə “Tengiz”dəki tərəfdaşları cəlb etməklə Transxəzər marşrutunun işlənməsi barədə göstəriş verdiyinə də aydınlıq gətirib: "Biz 2024-cü ilin ortalarına qədər biz neft hasilatının ildə 100 milyon tona qədər artacağını gözləyirik. Bu, məhz onunla əlaqədardır ki, “Tengiz”də gələcək genişləndirmə layihəsi başa çatacaq. Əlavə 12 milyon ton neft hasili olacaq”.
Daha əvvəl “Shell”-in maliyyə direktoru Sinead Gorman bildirmişdi ki, şirkət və tərəfdaşlar Qazaxıstandan neft ixracı üçün alternativ marşrutlar üzərində işləyirlər.
İyulun əvvəlində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Kazmunaigas”a Qazaxıstan neftinin tədarükünü diversifikasiya etmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) həyata keçirilməsi üçün ən yaxşı variantları işləyib hazırlamağı tapşırıb.
TİTR Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.
Hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutu Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemidir. Bu, boru kəməri ilə vurulan həcmin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB