Yeni yataqların istifadəyə verilməsi iqtisadiyyata necə təsir edəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Yeni yataqların istifadəyə verilməsi iqtisadiyyata necə təsir edəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“İstifadəyə verilən 7 faydalı yataqlar əsasən tikinti materialları ilə bağlıdır. Bu kimi yataqlar ya təkrar, ya da ilk dəfə olaraq istifadəyə verilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, bu kimi yataqlara istismar hüququ adətən İqtisadiyyat Nazirliyi tərəfindən məhdud bir dövr ərzində verilir: “Bu baxımdan əgər istismarçılara bu yataqlar təkrar verilirsə təbii ki, bunun iqtisadiyyatımıza heç bir təsiri olmayacaq. Çünki bu yataqlar 10-15 il əvvəl istifadəyə verilmişdirsə həmin yataqların təsiri daha əvvəl özünü göstərib. Lakin istifadəyə yeni yataqlar verilibsə, bu məhsullar artıq istehsal həcmini çoxaldaraq qiymət artımın qarşısını ala bilər. Ümumi şəkildə isə yeni yataqlar yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Amma təkrar yataqların yenidən açılması heç bir təsirə malik olmayacaq. Yalnız hərrac versiyası ilə verildiyinə görə hökumətin büdcəsinə əlavə resursların daxil olması kimi ortaya çıxacaq. Ümumilikdə isə təbii ki, bu hal bazardakı qiymətlərə ciddi təsir göstərəcək məsələlər deyil”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə