OPEC+ neft hasilatını artırmaq qərarı alıb

OPEC+ neft hasilatını artırmaq qərarı alıb

OPEC+ ölkələri sentyabr ayında neft hasilatı həcmini 100 min barel/sutka artırmaq barədə qərar qəbul edib.

SİA-nın məlumatına görə, bu barədə qərar OPEC+ monitorinq komitəsinin bugünkü iclasında verilib.

Bununla belə, görüşdən əvvəl iştirakçıların hasilat həcmini əvvəlki səviyyədə saxlamağı planlaşdırıldığı bildirilirdi.

Qeyd edək ki, OPEC+ ölkələri 2021-ci ilin avqustundan etibarən aylıq neft hasilatını 400 min barel/sutka artırmaq qərarına gəlmişdi.

Bu ilin mart ayında keçirilən iclasda isə may ayından etibarən hasilatın 432 min barel/sutka artırılması qərara alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə