Avropada təbii qazın qiyməti rekord həddə çatdı

Avropada təbii qazın qiyməti rekord həddə - meqavatsaat üçün 223,85 avro təklif edilir.
Avropada təbii qazın qiyməti rekord həddə çatdı

Rusiyanın “Şimal axını” təbii qaz kəməri ilə Avropaya ixrac etdiyi qazın həcmini bu gündən etibarən endirəcəyini açıqlaması qiymət artımında təsirli olub.

SİA-nın əldə etdiyi məlumata görə, avropada avqust ayı qaz fyuçers müqaviləsinin qiyməti dünən bir meqavat/saat üçün 199,91 avro ilə bağlanıb.

Bu gün 210,25 avrodan başlayan təbii qaz qiymətləri, ötən günə müqayisədə 12 faiz artaraq 223,85 avroya yüksəlib.

Rusiyanın enerji şirkəti "Qazprom" bazar ertəsi (25 İyul) günü Rusiya qazını Almaniya üzərindən Avropaya daşıyan xətlərdən “Şimal axını” təbii qaz boru kəməri üçün istifadə edilən Portovaya kompressor stansiyasındakı Siemens turbin mühərrikinin texniki səbəblərə görə dayandırıldığını, ona görə də xətt vasitəsilə daşınan təbii qazın miqdarının azalacağını bildirib.

Qeyd edək ki, dünən Avropa İttifaqına üzv ölkələr Rusiyadan gələn gazın kəsiləcəyi ehtimalını nəzərə alaraq təbii qaz istehlakını 15 faiz azaltmaq mövzusunda razılaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə