Yüksək texnologiyaların tətbiqi ilə müəssisələrin yaradılması imkanları müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Koreyanın “Tennor Holdinq” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Lars Vindorstun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə yüksək texnologiyalara əsaslanan müəssisələrin yaradılması, layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB