Turizmin inkişaf imkanlarını necə genişləndirə bilərik? - ARAŞDIRMA

Turizmin inkişaf imkanlarını necə genişləndirə bilərik? - ARAŞDIRMA

Ümumdünya araşdırmalarına görə hazırda Cənubi Avropa, Mərkəzi Amerika və Karib hövzəsi regionlarında turizmin bir qədər bərpası müşahidə olunur: Ekspertlərin təxminən yarısı (45%) beynəlxalq turizmin 2024-cü ildə və ya daha sonra 2019-cu il səviyyəsinə qayıdacağına, 43%-i isə 2023-cü ildə bərpa olunacağına inanır.

Turizm iqtisadiyyatın ən davamlı inkişaf edən sektoru kimi beynəlxalq xidmət ticarətinin yüksək gəlirli və ən dinamik sektorlarından birinə çevrilir. İnvestisiyaların səmərəliliyi də daxil olmaqla əsas göstəricilərə görə turizm neft sənayesi ilə müqayisə edilir. Turizm qlobal ümumi məhsulun təxminən 11%-ni, dünya ixracının 6%-ni, qlobal investisiyanın 7%-ni və bütün vergi gəlirlərinin 5%-ni təşkil edir. Dünyanın bəzi ölkələrində bu rəqəmlər kifayət qədər əhəmiyyətlidir. 1980-ci illə müqayisədə dünya turist axınının tutumu 65%, gəlirləri isə 174% artmışdır. Turizm müxtəlif xüsusiyyətlərə malikdir, eyni zamanda iqtisadi, sosial, siyasi, humanitar və digər funksiyaları yerinə yetirir. Təkcə onun ayrı-ayrı regionlarında deyil, bütün ölkə üzrə iqtisadiyyatın səmərəli sektorudur.

Xarici ticarətin mühüm seqmenti olmaqla, xidmətlərlə ixrac-idxal əməliyyatlarını əhatə edən turizm görünməz ixracın xüsusiyyətlərinə malikdir. Məhsulları istehlakçıya daşınan iqtisadiyyatın digər sahələrindən fərqli olaraq insanların rekreasiya ehtiyatlarının cəmləşdiyi yerlərə miqrasiyasına səbəb olur və bu resursların istehlakı müəyyən yerdə baş verir. Turizm hazırda dünyanın ən gəlirli bizneslərindən biridir. Dünya kapitalının təqribən 7%-dən istifadə edərək insanlar rekreasiya resurslarının cəmləşdiyi yerlərə miqrasiya edir və bu resursların istehlakı müəyyən yerdə baş verir.

Turizm iqtisadi fəaliyyət sahəsi kimi böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik xüsusiyyətlərə malikdir. Turizm insanın, bütövlükdə cəmiyyətin mənafeyinə xidmət edir və həm mikro, həm də makroiqtisadi səviyyədə gəlir mənbəyidir. Əlavə iş yerlərinin yaradılmasında əsas amillərdən birinə çevrilir, yol və mehmanxana tikintisinin inkişafını sürətləndirir, bütün növ nəqliyyat vasitələrinin istehsalını stimullaşdırır, bölgələrin və ölkələrin xalq sənətkarlığının, milli mədəniyyətinin qorunub saxlanmasına töhfə verir. Ümumdünya Turizm Təşkilatının proqnozlarına görə, 2020-ci ilə qədər gələn turistlərin sayı 1,6 milyard nəfər təşkil edibsə, 2022-ci ildə dünya turizm gəlirləri 2 trilyon nəfərə yüksələcək. Turizm bəzi ölkələrdə gəlirin əsas komponentlərindən biri olan, onların iqtisadiyyatlarının inkişafına və qlobal əməkdaşlığa təsir edən iqtisadiyyatın çoxşaxəli sahəsidir. Bir çox ölkələrdə turizm ümumi daxili məhsulun formalaşmasında mühüm rol oynayır, əlavə iş yerləri və əhalinin məşğulluğu, xarici ticarət balansının aktivləşdirilməsi və s. Turizm iqtisadiyyatın nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, istehlak mallarının istehsalı və s. kimi əsas sektorlarına böyük təsir göstərir. Sosial-iqtisadi inkişafın bir növ katalizatoru kimi çıxış edir. Turizmin inkişafına demoqrafik, təbii-coğrafi, sosial-iqtisadi, tarixi, dini və siyasi-hüquqi və s kimi müxtəlif amillər təsir edir. Turizmin iqtisadi inkişafı dünya iqtisadi bazarı haqqında təsirli məlumatlar ilə xarakterizə olunur. Turizmin dünyanın bir çox ölkələrində ən dinamik inkişaf edən sənaye olduğunu və onun dünya iqtisadiyyatında rolunun durmadan artdığını göstərirlər. Beynəlxalq turizm məşğulluğa güclü təsir göstərir. Turizm sənayesi əmək tutumlu bir prosesdir, ona görə də burada əsasən ixtisassız işçilər çalışır. Lakin bu o demək deyil ki, turizm sektorunda yüksək ixtisaslı işçi qüvvəsindən istifadə edilmir. Bu sahədə yeni iş yerləri iqtisadiyyatın digər inkişaf etməkdə olan sektorlarına nisbətən coğrafi olaraq daha geniş şəkildə paylanır.

Dünyada turizmin inkişafına elmi-texniki tərəqqi, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması, asudə vaxtının, məzuniyyət müddətinin artırılması, iqtisadi-siyasi sabitlik və bir sıra digər amillər təsir edir. Turizm dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin iqtisadiyyatının fundamental əsasını təşkil edir. Müasir turizm bazarının əsasını həm keyfiyyət, həm də kəmiyyət baxımından işçilərin ödənişli məzuniyyətləri təşkil edir. Son zamanlar turizmdə işgüzar səfərlərin, eləcə də pensiya yaşında olan şəxslərin səyahətlərinin rolu artmaqdadır. Bir çox analitiklərin fikrincə, beynəlxalq turizmin inkişafı aşağıdakı amillərə-imkanlara əsaslanır: İqtisadi yüksəliş və sosial tərəqqi təkcə işgüzar səfərlərin deyil, həm də təhsil məqsədli səfərlərin həcminin artmasına səbəb olur.

Nəqliyyatın bütün növlərinin təkmilləşdirilməsi səyahət xərclərini aşağı salınması, əhalinin bir çox təbəqəsi üçün bu imkanlardan yararlanmaq fürsəti yaranır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə muzdlu fəhlə və qulluqçuların sayının artması, onların maddi-mədəni səviyyəsinin yüksəlməsi onlarda mənəvi və idraki dəyərlərə həvəsi artırmışdır. Əməyin intensivləşməsi və işçilərin daha uzun tətillər alması daha mənalı istirahətə ehtiyacı ifadə edir. Dövlətlərarası əlaqələrin və ölkələr arasında mədəni mübadilənin inkişafı həm regionlar arasında, həm də regionlar daxilində şəxsiyyətlərarası əlaqələrin genişlənməsinə səbəb olmuşdur. Xidmət sektorunun inkişafı telekommunikasiya sahəsində texnoloji tərəqqiyə təkan verir, müxtəlif ölkələrə və regionlara səfərlərə marağı artırır.

Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədi ilə yeni Azərbaycan turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdə bir çox işlər həyata keçirməkdədir.

"Ölkəmizdə qeyri neft sektorunda ən öndə gedən sahələrdən biri də turizm sahəsidir.Pandemiydan öncəki illərdə və pandemiya dövründə də yeni layihələrin olduğunu görürük". Bunu turizm eksperti Ramin Zamanov SİA-ya açıqlamasında deyib. 2022-ci ildə də ölkəmizdə turizm sahəsində işğaldan azad olunmuş ərazilərdə turizm marşrutların formalaşdırılmasını, həmçinin də öncələr turizm fəaliyyətini göstərmiş ərazilərdə imkanların genişləndirilməsini açıq aydın müşahidə edə bilirik.

Azərbaycana daxil olan turist sayı Rusiyadan, ərəb ölkələrindən, Çindən həmçinin uzaq şərqdən və sərhəd ölkələrdən daha çox vardır. Pandemiya dövründə bütün dünyada olduğu kimi ölkəmizdə də turist sayında azalma baş verdi.

Çimərlik turizminə gəldikdə isə bu sahə ölkəmizdə yerli əhali üçün daha çox populyar sayılır. Əcnəbi turistlər daha çox Fatmeyi, Mərdəkan, Pirşahı tərəflərə üz tuturlar. Ölkəmizdə artıq yaxın gələcəkdə çimərlik turizminin inkişafı üçün yeni layihələr icra olunur. Xəzər dənizinin çimərliyə yararlı olması, zərərli orqanizmlərdən təmizlənməsində tam dəqiqliklə yoxlamalar davam edir. Dünya taktikasına baxanda çimərliklərdə sarı bayraqlar qurulubsa deməli həmin ərazilər təhlükəli olduğundan xəbər verir, qırmızı bayraqlar həmin əraziyə ümumiyyətlə getməməkdən, mavi bayraqlar isə təhlükəsiz yerlər olduğuna işarə edir.
Ölkə daxilində turistlərin axını ən çox şimal, şimal-qərb istiqamətindədir. Son zamanlar cənub zonalaramıza da axın edən turistlərin saytında artım görürük. Amma priotet olaraq götürsək Qəbələ, Şəki, Şamaxı, Qusar istiqamətinə axın digər bölgələrə nisbətən daha çoxdur.

İqtisadiyyatın bütün sahələrində olduğu kimi turizm sahəsində də dələduzluq edənlərlə qarşılaşırıq. Dövlət və təyin etdiyi qurumlar daim bunlarla mübarizə aparır. Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. Şəhərimizə isə bu yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir.

Skal international Baku (Turizm peşəkarları) Klubunun prezidenti Ceyhun Aşurov isə qeyd edir ki, əvvəlki dövrlərə nisbətən turizm sahəsində hal-hazırda canlanma daha çoxdur.
Baxmayaraq ki, quru sərhədlərimiz açıq deyil, uçuşların sayı artmaqda davam edir bu da ona əsas verir ki, əvvəlki aylarla müqayisədə bu ilin ilk altı ayında 2 dəfədən çox xarici vətəndaş ölkəmizə gəlmişdir. Qarabağda beynəlxalq hava limanlarının açılış məsələləri də gələcəkdə turizmə töhfə verəcəkdir.
Daha çox adam sıxlığı Bakı-Abşeron ərazisində müşahidə olunur deyə, Bakıdan 3 saatlıq marşrut yolu olduğu bölgələrə üz tuturlar.

Turistlər turizm infrastrukturu əyləncə, otel, restoranların daha çox olduğu və turizmin inkişaf etdiyi bölgələrə daha çox üz tuturlar. Göstəricilər onu göstərir ki, hal-hazırda da daxili turizmə tələbat böyükdür, həm mövsüm vaxtını nəzərə alsaq, həm bizim vətəndaşlarımız, həm də xaricdən gələn turistlər də bölgələrimizdə üz tuturlar. Həmçinin Azərbaycandan xaricə gedənlərin sayı 2019-cu ilə qədər olan dövrə nisbətən daha azlıq təşkil edir. Bu da ölkə daxili turizmin inkişafından xəbər verir. Biz hər zaman tövsiyyə edirik ki, xüsusən qrup turistləri üçün hansı turizm şirkətinin seçməyimizə diqqət yetirsinlər və dələduzlara rast gəlməməsi üçün görülən tədbirlərdən ən doğrusu öncədən araşdırma etsinlər. Bəzi turizm şirkətlərində aldadıcı qiymətlər olur ki, bunları kəskin ucuz qiymət ilə nəzərə çarpan tur paketlərindən də bilmək olur.

Sağlamlıq və Turizm Assosiasiyasının sədri Ruslan Quliyev qeyd edir: "Təəssüflər olsun ki, son dönəmlərdə dünya təhdid altındadır, pandemiya bütün sahələrdə olduğu kimi turizmdən də yan keçməmişdir. Bu həm statistikada, həm iş yerlərində öz mənfi təsirini göstərdi. Ancaq qeyd edə bilərik ki, artıq bu ildən mərhələli şəkildə bərpaetmə prosesləri həyata keçirməyi düşünürük və keçiririk. Əlbəttə, hər şey əvvəlki kimi olmayacaq, ancaq hər bir halda ümid edirik ki, cari ilin sonuna kimi əvvəlki fəaliyyətimizin 30 faizini bərpa edə bilərik. Güman edirəm ki, bu proses davam etdiriləcək. Qeyd etmək lazımdır ki, hər bir böhran yeni bir imkandır. Düşünürük ki, biz yaranmış vəziyyəti fürsətə çevirib daxili turizmə üstünlük vermiş oluruq. Çünki ölkədən çıxmaq üçün mövcud olan bəzi məhdudiyyətlər insanları sövq edir ki, turizm mövsümündə regionlara səfər etsinlər.


Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə