Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru Rauf Cabarov “British Council Azerbaijan”ın direktoru Nərgiz Hacıyeva ilə görüşüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə əməkdaşlıq çərçivəsində bir neçə il ərzində keçirilən beynəlxalq ACCA imtahanlarının gedişatı və nəticələri müzakirə olunub.
Eyni zamanda yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, CIPS (Chartered Institute of Procurement & Supply) beynəlxalq imtahanlarının “İKT LAB”da keçirilməsi nəzərdə tutulur.
Görüşdə əməkdaşlığın uğurla davam edəcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB