Dollar ucuzlaşacaq? - DİQQƏT! - İQTİSADÇI AÇIQLADI

Dollar ucuzlaşacaq? - DİQQƏT! - İQTİSADÇI AÇIQLADI

"Manatın dollar qarşısında ucuzlaşması ilə bağlı gözləntilər, öncədən verilmiş yanlış proqnozlar bir ildən artıq müddətdir ki, səsləndirilir. Manatın məzənnəsini bazar tənzimləmir, Mərkəzi Bank tərəfindən tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, artıq neçə illərdir ki, göstərici 1,7 nisbətində qalmaqdadır: "Bu məsələdə o zaman təhlükəli vəziyyət yaranar ki, ölkədə neftin qiyməti aşağı düşər, valyuta ehtiyatlarında azalmalar müşahidə edilə bilər və nəticədə dollara olan tələb artar və bu zaman manatın ucuzlaşma riski yaranar. Hazırda Mərkəzi Bankın da verdiyi məlumatlara baxsaq, görərik ki, dollara olan tələbat azalmağa doğru gedir. Hətta insanlar dollarla aldıqları ehtiyatları manata çevirərək istifadə edirlər. Artıq dollara tələbat azalıb. Bunun əvəzində isə ölkənin valyuta ehtiyatı artıb, büdcədən götürülmüş kifayət qədər yüksək səviyyədə neft və qaz satışı icra olunur. Məsələyə bu baxımdan yanaşdıqda manata hər hansı bir təzyiq yoxdur. Manata təzyiq olmayacağı təqdirdə isə devalivasiyaya getməyə ehtiyac yoxdur. Dolların valyutalar qarşısında bahalaşmasına fikir versək görərik ki, həmin valyutaları bazar tənzimləyir.

Dolların uçot dərəcəsinin qaldırılması eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin zəminində avroya nəzərən nisbətən azaldılması avronun məzənnəsinə təsir göstərir. Lakin bu o demək deyil ki, devalivasiya olmayacaq. Risklər hər zaman var. Amma düşünürəm ki, ehtimal var ki, bu ilin sonuna qədər manatın ucuzlaşması müşahidə edilməyəcək. Devalivasiyanın ölkə iqtisadiyyatına gətirəcəyi mənfəət ölkə iqtisadiyyatında yaranan problemləri həll etməkdən ötrü lazım olan pul kütləsindən olduqca azdır. Başqa sözlə devalivasiya ölkənin iqtisadiyyatına ciddi təsir göstərə bilər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə