"İqtisadi-siyasi təlatümlər benzinin qiymətinə təsir edir” - ŞƏRH EDİLDİ
“Dünyada pandemiya dövrünün yaşatdığı fəsadlar nəticəsində xüsusilə neftin qiymətində böyük artım yaşanırdı. Təbii ki, neftin qiymətindəki artımlar da premium markalı benzinin artmasına səbəb olub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, bütün beynəlxalq birjalarda hazırda Aİ-95 markalı benzinin qiymətləri kifayət qədər yüksək vəziyyətdədir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan özü Aİ-95 markalı premium benzini istehsal etmədiyi üçün bu qiymətlərin tənzimlənməsi də beynəlxalq bazar tərəfindən həyata keçirilir. Bu benzinin qiymətinin qalxması Azərbaycan Tarif Şurasının qərarı ilə həyata keçirilmir. Digər tərəfdən Aİ-95 markalı premium benzin Azərbaycan nəqliyyat sistemində böyük göstəricilərə malik deyil. Azərbaycanın çox az hissəsi bu benzindən istifadə edir. Bundan əlavə ölkə üçün zəruri olan qida, ərzaq və digər məsələlərin təchizatında ya Aİ-92, ya da dizel yanacağından istifadə edilir. Bu baxımdan hesab edirəm ki, dünya standartlarında baş verən hər bir iqtisadi-siyasi təlatümlər neftin və benzinin qiymətinə birbaşa təsir edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB