Azərbaycan Kislovodskda yeni sanatoriya tikəcək

Azərbaycandan olan investorlar 2025-ci ilə qədər Kislovodskda 2,5 milyard rubla 350 nəfərlik sanatoriya tikəcəklər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şəhər meri Yevgeni Moiseyev bildirib.ə

"Azərbaycanlı investorlar Kislovodskda 350 nəfərlik premium sinifli sanatoriyanın tikintisinə başlayıblar. "Rusel" layihəsinə qoyulan investisiyaların həcmi təxminən 2,5 milyard rubl təşkil edəcək".

Bunu isə TASS Moiseyevin sözlərindən sitat gətirib. Onun sözlərinə görə, sanatoriyanın 2025-ci ilə qədər açılacağı gözlənilir.

“…Sanatoriya Kislovodskın əsas görməli yerlərindən birinin - Kaskad pilləkənlərinin yanında tikiləcək. Kurortun əsas profili ürək-damar, sinir və tənəffüs sistemləridir. Bizim üçün vacibdir ki, bu layihə təkcə turist axınını artırmayacaq, bundan əlavə 200-ə qədər yerli sakini yeni iş yeri yəmin edəcək”.

Bunu da şəhər meri bilsirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə