Azərbaycanın sığorta bazarındakı son vəziyyət necədir? - İQTİSADÇI-EKSPERT AÇIQLADI
“Azərbaycanın sığorta sistemi xidmət sektorunda vacib bazarlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, sığorta sisteminin inkişafı ilə bağlı son zamanlar atılan addımlar həm sığorta xidmətlərinə olan tələbin artmasına, eyni zamanda sığorta bazarının genişləndirilməsinə gətirib çıxardır: “Mərkəzi Bank üçün sığorta bazarının inkişafı və sığorta şirkətlərinin dəstəklənməsi daha prioritetləşib. Biz sığorta xidmətlərinin sayının, həmçinin sığortaya olan tələbin artmasını müşahidə edirik. Sığorta şirkətlərinin öz öhtəliklərinin yerinə yetirməsinə daha məsuliyyətli olması da sığorta bazarına təsir göstərir. Bu baxımdan sığorta bazarının genişləndirilməsi bir tərəfdən bu sahədə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Nəzarətin gücləndirilməsi sığorta sisteminin inkişafı üçün yeni imkanlar yaradır. Digər tərəfdən isə təbii ki, iqtisadiyyatın böyüməsinə səbəb olur. Qeyri-neft sektoru inkişaf etdikcə sığorta məhsullarına olan tələbin artması müşahidə olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB