“Yol mədəniyyət və inkişaf deməkdir” - DEPUTAT ŞƏRH ETDİ

“Yol mədəniyyət və inkişaf deməkdir” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün ölkəmizin yol infrastrukturu sürətlə yenilənir. Demək olar ki, bütün regionlarda hətta kəndləri birləşdirilən avtomobil yollarına asfalt döşənilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə də bütün yollar beynəlxalq standartlara uyğun yenidən tikilir: “Cənab Prezidentin imzaladığı növbəti sərəncamı ilə Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq yolboyu Kəsəmən avtomobil yolu yenidən tikiləcəkdir”.

Deputat sözlərinə belə davam edib: “Bu, ilk növbədə o ərazidə yerləşdiyi 2 kəndin 4 mindən çox insanın sosial vəziyyətini yaxşılaşdıracaq. Yol mədəniyyət və inkişaf deməkdir. Yəni yolun müasirləşməsi o kəndlərin iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək. Yolun asfaltlanması kəndlərdə istehsal olunan məhsulların daşınmasını asanlaşdıracaq. Digər tərəfdən isə bu yol Gürcüstanla sərhədboyu ərazidə yerləşdiyinə görə strateji əhəmiyyəti də çox olacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə