Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi "Neft Daşları" yatağındakı 1887 nömrəli platformadan 2 quyunun qazmasına başlayıb. SİA-nın məlumatına görə 2290 nömrəli quyunun layihə dərinliyi 2800 metr, 1846 nömrəli quyunun layihə dərinliyi isə 2510 metrdir. Geoloqların hesablamalarına görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 30 ton neft hasil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB