"Əlaqələrin genişlənməsi hər iki ölkəyə müsbət təsir edəcək" - İQTİSADÇI AÇIQLADI
“Pakistan Azərbaycanın vacib tərəfdaşlarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Pakistan arasında münasibətlərin genişləndirilməsi və bu istiqamətdə daha geniş əlaqələrin qurulması üçün birbaşa reyislərə ehtiyac var idi: “Bu konteksdən Bakı ilə İslamabad arasındakı birbaşa reyisin istifadəyə verilməsi həm də 2 ölkə arasındakı ticarət dövriyyəsinin genişlənməsinə gətirib çıxardacaq. Bu da imkan verəcək ki, ticarət dövriyyəsində artımlar müşahidə olunsun. Həmçinin qarşılıqlı investisiya qoyuluşlarına xüsusi təkan verəcək. Nəzərə alsaq ki, Azərbaycan Pakistanı işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşuna dəvət edib. Bu da təbii ki, Azərbaycan və bütövlükdə Pakistan üçün qarşılıqlı sərmayə qoyuluşundan vacibdir. Buna görə də birbaşa hava nəqliyyatının açılması ölkələr arasında sərhəd dövriyyəsinin genişlənməsinə və qarşılıqlı sərmayə qoyuluşlarının artmasına xidmət edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB