“İslamabad ilə hava yollarının açılması turistik baxımdan müsbət bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, İslamabadla Azərbaycan arasında uzaq məsafə var. Bu cür hava yollarının açılması həmçinin Pakistandan Azərbaycana gələn turistlər və bizim vətəndaşların Pakistana getməsi üçün də əlverişlidir: "Əvvəllər insanlar Pakistana getsələr də, tranzitlərlə bu proses baş verirdi. Amma indi daha rahat şəkildə uçuşları əldə edə biləcəklər. Həmçinin bu, pul baxımından da biletlərin daha ucuz qiymətə əldə olunmasına gətirib çıxardacaq. Əlaqələrin daha da intensivləşməsi, biznes qurmaq istəyən şəxslərin işinin rahatlaşmasına da gətirib çıxardır ancaq birbaşa faydalar barədə danışmaq hələ tezdir. Çünki əməkdaşlıq çərçivəsində görülən işlər nəticəsində müəyyən faydalı və əhəmiyyətli faktorlar ortaya çıxacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB