Ərzaq təhlükəsizliyi ilə bağlı düyada vəziyyət necədir? - İQTİSADÇI AÇIQLADI

Ərzaq təhlükəsizliyi ilə bağlı düyada vəziyyət necədir? - İQTİSADÇI AÇIQLADI

"Dünyada ərzağa olan tələbin ödənilməsində ciddi problemlər müşahidə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hətta Rusiya-Türkiyə-Ukrayna Ukraynanın ərzaq məhsullarını eləcə də buğdasını 3-cü ölkələrə çatdırılması ilə bağlı müzakirələr aparılır. Bu da ondan xəbər verir ki, 3-cü ölkələrin ərzaq təminatı ilə bağlı ciddi problemlər var. Qiymət artımları dünya bazarında davam edir. Çünki ərzaq məhsullarının qıtlığı qiymət artımlarına səbəb olur. 2022-ci il dünya ərzaq bazarı üçün arzuolunan il olmadı. Növbəti dövrlərdə də ərzaq qıtlığının davam edəcəyi gözlənilir. İstehlak bazarında ərzaq qıtlığının yaranmaması üçün məhz spesifik və primitiv addımlar atılmalıdır. Bu baxımdan da dünyada müşahidə edilən ərzaq qıtlığının Azərbaycanda istehlak bazarına təsirlərini minimumlaşdırmaq mümkün olsun. Bu da vacib məqamlardan biridir. Təbii ki, Azərbaycan dünyada müşahidə edilən ərzaq qıtlığının istehlak bazarına təsirlərini minimumlaşdırmaq üçün primitiv addımlar atır, həm biznesin dəstəklənməsi ilə bağlı layihələrin həcmini genişləndirir, həm də yerli istehsalı artırmaqla bu istiqamətdə idxaldan asılılığı aradan qaldırmağa çalışırıq. Bu kontekstə də yerli istehsalın genişləndirilməsi prioritet olacaq. Məqsəd də ondan ibarətdir ki, dünyada müşahidə edilən ərzaq böhrahı fonunda Azərbaycan istehlak bazarındakı tarazlığı qoruyub saxlaya bilsin”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə